çərşənbə axşamı, 17 noyabr 2026
Bölgə

ABŞ İran yaxınlığında donanmasını gücləndirir: "Teodor Ruzvelt" bölgədə yerləşdirilən üçüncü təyyarədaşıyan gəmi olub

ABŞ İran yaxınlığında donanmasını gücləndirir: "Teodor Ruzvelt" bölgədə yerləşdirilən üçüncü təyyarədaşıyan gəmi olub

"USS Teodor Ruzvelt" təyyarədaşıyan gəmisi noyabrın 15-də, bazar günü ABŞ ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub. Bu gəminin gəlişi ilə bölgədəki ABŞ təyyarədaşıyan gəmilərinin sayı üçə çatıb. Digər iki gəmi "Corc Vaşinqton" və "Corc H. U. Buş"dur.

Qeyri-rəsmi hesablamalara görə, ABŞ-ın hazırda bölgədə təxminən 19 hərbi gəmisi var. Bu donanmaya üç təyyarədaşıyan gəmi, iki raket kreyseri və 14 raket esminesi daxildir. İki kreyser "Ruzvelt" zərbə qrupu ilə birlikdə bölgəyə gəlib.

Bu esmineslərdən 12-si Ərəb dənizində, ikisi isə Qırmızı dənizdə yerləşdirilib. "Bokser" amfibiya qrupu, "Migel Keyt" gəmisi və bir neçə dəstək gəmisi də bölgədədir.

Bu xəbəri paylaşın