Rusiya BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqında rəhbər postlar əldə etməklə qlobal texnologiya və rabitə sahəsində qəbul olunan qərarlara təsirini artırmağa çalışır. Bu rəqabətdə Azərbaycan Respublikası da iştirak edir.
Reuters agentliyinin məlumatına görə, Moskva Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının seçkilərində iki mühüm vəzifə əldə etməyə çalışır. Qərb diplomatları bu addımı Rusiyanın Ukrayna müharibəsi səbəbindən düşdüyü təcridi azaltmaq cəhdinin bir hissəsi kimi qiymətləndirir.
Rusiya bu şuradakı iki regional yer uğrunda Azərbaycan Respublikası, Gürcüstan, Qazaxıstan və Özbəkistanla rəqabət aparır.
Ukraynalı rəsmilər də xəbərdarlıq ediblər ki, Rusiyanın hücumları ölkənin telekommunikasiya infrastrukturuna 2,5 milyard dollardan çox ziyan vurub. Onların sözlərinə görə, Moskvaya beynəlxalq səlahiyyətlər verməklə onu mükafatlandırmaq olmaz.