bazar ertəsi, 16 noyabr 2026
Bölgə

Türk dövlətlərinin inteqrasiyasında yeni addım: İstanbul Hava Limanı türk dövlətlərinin sərnişinləri üçün xüsusi keçid zolağı yaradır

Türk dövlətlərinin inteqrasiyasında yeni addım: İstanbul Hava Limanı türk dövlətlərinin sərnişinləri üçün xüsusi keçid zolağı yaradır

İstanbul Hava Limanı türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılmasına başlayıb. Hava limanının terminalında Azərbaycan Respublikası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqları əks olunan istiqamət lövhələri quraşdırılıb. Bu addımla bağlı xəbər noyabrın 15-də, bazar günü yayılıb. Məqsəd həmin ölkələrin sərnişinlərinin pasport nəzarətindən keçid marşrutunu digər xarici vətəndaşlarınkından ayırmaqdır.

Bu lövhələrdə İranın bayrağı yoxdur və İran pasportu olan sərnişinlər, o cümlədən Cənubi Azərbaycan türkləri bu keçid zolağından istifadə edə bilməyəcəklər. Adı çəkilən bütün ölkələr Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Azərbaycan Respublikası, Özbəkistan, Qazaxıstan və Qırğızıstan təşkilatın əsas üzvləri, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi üzvləridir.

Bu xəbəri paylaşın