ABŞ prezidenti Donald Tramp noyabrın 15-də, bazar günü «Truth Social» sosial şəbəkəsində Ağ Evdə olduğunu yazıb. O, orada müxtəlif mövzularla bağlı görüşlər keçirdiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ çox həyəcanlı bir dövr yaşayır və «böyük hadisələr baş verir». O, ABŞ-ın dünyanın heç bir yerində rəqibi olmadığını və dünyanın «ən qaynar» ölkəsi olduğunu yazıb.