İslam Respublikasının arsenalında 1500-dən 2500-ə qədər raket var. Bu rəqəm ABŞ kəşfiyyat dairələrinin yeni qiymətləndirməsində yer alıb və həmin sənəd ABŞ vaxtı ilə şənbə gecəsi ictimaiyyətə açıqlanıb.
Qiymətləndirmədə həmçinin vurğulanır ki, İslam Respublikasının əlində olan raketlərin dəqiq sayını müəyyən etmək çətindir. Sənəd ABŞ dövlət katibinin Tehranın nüvə iddialarına istehza ilə yanaşmasından bir gün sonra yayılıb.
ABŞ dövlət katibi Marko Rubio cümə günü İslam Respublikası rəhbərlərinin nüvə silahı istəmədikləri barədə iddiasını istehza ilə rədd edib. Onun sözlərinə görə, Tehran rəsmiləri «həmişə nüvə silahına sahib olmaqda maraqlı olmadıqlarını deyirlər», lakin «sadəcə nüvə silahı hazırlamaq üçün lazım olan hər şeylə maraqlanırlar».