bazar, 15 noyabr 2026
Bölgə

İslam Respublikasının dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına yenidən hücum edib: iki raket və üç PUA zərərsizləşdirilib

İslam Respublikasının dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına yenidən hücum edib: iki raket və üç PUA zərərsizləşdirilib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya ölkənin hava hücumundan müdafiə sistemlərinin Yəməndəki husilərin Ər-Riyada doğru atdığı iki ballistik raketi, eləcə də Səudiyyə Ərəbistanının şərqindəki neftlə zəngin bölgələrdə üç pilotsuz uçuş aparatını ələ keçirərək məhv etdiyini açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, bu hücumlar noyabrın 15-də, bazar günü baş verib. Hücumlar İslam Respublikasına yaxın olan husilərin Səudiyyə Ərəbistanının obyektlərinə və infrastrukturuna qarşı hərbi əməliyyatlarını gücləndirdiyi bir vaxta təsadüf edib.

Ötən həftə də husilərin Ər-Riyada hücumu nəticəsində "Aramco" neft şirkətinin inzibati binalarından biri zədələnib. Şirkət bundan əvvəl, oktyabr ayında da ziyan vuran hücumun hədəfinə çevrilmişdi.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı Yəməndə husilərin mövqelərinə endirdiyi hava zərbələrini artırıb və regionda hərbi gərginlik yenidən güclənib.

Bu xəbəri paylaşın