Təbriz Kəşfiyyat İdarəsi Azərbaycan türk fəalı İbrahim Asimanini 11 gündür öz təcridxanasında saxlayır. Təhlükəsizlik qüvvələri noyabrın 2-də (11 aban), bazar ertəsi onun evinə gələrək onu həbs ediblər.
Asimani bu həbsdən əvvəl cəza müddətini elektron qolbaqla çəkirdi. Onun yenidən həbs edilməsinin səbəbi açıqlanmayıb.
Təhlükəsizlik qüvvələri bu türk fəalını 1404-cü ilin azər ayında (2025-ci ilin noyabr-dekabr ayları) da Təbrizdə həbs etmişdilər. İslam Respublikasının məhkəmə sistemi onu 30 ay həbs cəzasına məhkum edib.
1343-cü (1964) il təvəllüdlü Təbriz sakini Asimani əvvəllər də fəaliyyətinə görə istintaqa çağırılıb, həbs olunub və məhkum edilib.