İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir İslam Respublikasına qarşı yenidən hərbi əməliyyat keçirilməsinə prinsipcə etiraz etmir. Lakin o, tələsik hücum və onun gözlənilməz nəticələri barədə xəbərdarlıq edib.
The Jerusalem Post və İsrailin 12-ci kanalının məlumatına görə, Zamir hesab edir ki, İrana hücumdan əvvəl şərait və hərbi hədəflər dəqiq qiymətləndirilməlidir. O, iki halda hərbi əməliyyatı əsaslı sayır: Tehran İsrailə hücuma hazırlaşarsa və ya ABŞ yeni əməliyyat mərhələsinə başlayarsa. Bu zaman əməliyyat Vaşinqtonun tam dəstəyi ilə aparılmalıdır.
İsrail mediasının son məlumatlarına əsasən, Zamir hələ də dərhal hücuma qarşı çıxır. O, Netanyahudan fərqli olaraq İslam Respublikasının hazırkı təhdidini yeni müharibəyə başlamağı zəruri edəcək qədər təcili hesab etmir.
Bu fikir ayrılığı davam edir. Netanyahu Tehrana hərbi təzyiqin artırılmasını tələb edir, ABŞ isə hələlik blokadanı və iqtisadi təzyiqi davam etdirməyə diqqət yetirir.