ABŞ prezidenti Donald Trampın cümə axşamı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Szinpin ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Reuters agentliyi və "New York Post" qəzetinin məlumatına görə, ehtimal olunan bu görüşdə əsas mövzu nüvə silahlarına nəzarətlə bağlı geniş saziş əldə olunması olacaq. Bununla yanaşı, İslam Respublikasının ABŞ ilə müharibəsi və Şimali Koreyadakı proseslərin də müzakirə ediləcəyi gözlənilir.
Tramp daha əvvəl Rusiya və Çin liderləri ilə görüşməyi planlaşdırdığını açıqlamışdı. O, danışıqların nüvə tərksilahı və mühüm beynəlxalq məsələlərə həsr olunacağını bildirmişdi.
Xəbər yayımlanana qədər Ağ Ev və Çinin Vaşinqtondakı səfirliyi üçtərəfli görüşün keçiriləcəyini rəsmi olaraq təsdiqləməyib.