ABŞ Federal Aviasiya İdarəsi (FAA) cümə günü «fövqəladə şərait» və təhlükəsizlik səbəblərini əsas gətirərək ölkə ərazisində bütün uçuşları dayandırıb. Bu göstərişdən sonra 7 mindən çox reys ləğv olunub.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi bunun səbəbini bütün hava hərəkətinə nəzarət mərkəzlərinin işini pozan rabitə problemi kimi izah edib. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi ən azı 10 nəzarət mərkəzini əhatə edib və bu say artmaqdadır.
ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mullin hava hərəkətinə nəzarət sistemlərinə kiberhücumun heç bir əlamətinin olmadığını deyib. Hərbi mənbələrdən biri də CNN-ə bildirib ki, bu nasazlıq, görünür, kiberhücum nəticəsində baş verməyib.
Flightradar24-ün məlumatlarına əsasən, hava limanları bağlanan zaman ABŞ istiqamətində təxminən 3100 reys yolda olub, Çikaqonun O'Hare hava limanında isə bir neçə təyyarə yerdə qalıb. ABŞ aviaşirkətləri uçuşlarda yaranan fasilələrin davam edəcəyini gözləyirlər.