cümə, 13 noyabr 2026
Azərbaycan

İşğaldan azad edilmiş Şuşada Azərbaycanın ədəbi irsi üzə çıxarılır: Qasım bəy Zakirin və Mirzə Ələsgər Növrəsin məzarları tapılıb

İşğaldan azad edilmiş Şuşada Azərbaycanın ədəbi irsi üzə çıxarılır: Qasım bəy Zakirin və Mirzə Ələsgər Növrəsin məzarları tapılıb

Azərbaycan ədəbiyyatının iki görkəmli siması olan Qasım bəy Zakirin və Mirzə Ələsgər Növrəsin məzarları Şuşa şəhərində tapılıb. Hər iki şair Şuşada anadan olub, elə bu şəhərdə vəfat edib və Mirzə Həsən qəbiristanlığında yan-yana dəfn olunub.

Zakir 1784-cü ildə Şuşada anadan olub, 1857-ci ildə həmin şəhərdə vəfat edib. 1984-cü ildə onun məzarı üzərində abidə ucaldılıb. Şuşa erməni qüvvələri tərəfindən işğal edildikdən sonra həm bu abidə, həm də məzarın özü dağıdılıb.

Azərbaycanın tanınmış şairlərindən olan Növrəs 1839-cu ildə Şuşada dünyaya gəlib, 1912-ci ildə doğulduğu şəhərdə dünyasını dəyişib. Onun məzarı həmin qəbiristanlıqda, Zakirin məzarının yaxınlığında yerləşir.

Bu xəbəri paylaşın