Hazırda litri 10 min tümənə satılan sərbəst benzinin artıq sabit qiyməti olmayacaq və hər fəsil yenidən nəzərdən keçiriləcək. Prezidentin müavini İsmayıl Səqab İsfahani bu fəsillik dəyişikliyin hökumətin qərarına əsaslandığını bildirib.
Onun sözlərinə görə, qiymətin dəyişməsi benzinin neft emalı zavodlarından alındığı qiymətdən asılıdır. Bu açıqlamalar son həftələrdə bir sıra yanacaqdoldurma məntəqələrində uzun avtomobil növbələrinin yarandığı vaxta təsadüf edib.
Aban ayının əvvəlindən 11 əyalətdə sürücülərin yanacaqdoldurma məntəqələrinin yanacaq kartlarından istifadəsi məhdudlaşdırılıb. Hökumət şərtlərə uyğun gələn avtomobillərin şəxsi yanacaq kartlarına aylıq 50 litr 10 min tümənlik benzin ayırıb.