Fransada yüzlərlə mağazanın soyuducu və dondurucularına edilən kiberhücumdan sonra İslam Respublikasına qarşı sanksiyalar sərtləşdiriləcək. Bu qərarı Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad açıqlayıb. Oktyabrın 11-də və 12-də baş verən kiberhücum nəticəsində həmin mağazaların soyuducularında temperatur yüksəlib və milyonlarla avro dəyərində ərzaq məhsulları xarab olub.
Fransa hökuməti noyabrın 9-da, bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) bu hücumun icraçısı kimi göstərib, çərşənbə axşamı səhər isə İslam Respublikasının səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Tehran Parisin ittihamını rədd edib və onu Fransa «ictimai rəyini yayındırmaq» məqsədilə «günahı başqasının üzərinə atmaq» kimi qiymətləndirib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bu hücumu «miqyasına və aqressivlik səviyyəsinə görə misli görünməmiş» kimi səciyyələndirib. Onun sözlərinə görə, bu əməlin məsulları sanksiyalarla üzləşəcək.