Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev qazaxları gündəlik danışıqda ərəb sözlərindən imtina etməyə çağırıb. Onun sözlərinə görə, son vaxtlar qədim qazax dini ifadələrinin əvəzinə ərəb sözlərini işlətmək dəbə çevrilib. Tokayev bunun nə dərəcədə zəruri olduğunun ciddi şübhə doğurduğunu deyib.
Tokayev vurğulayıb: «Biz qazağıq, ərəb deyilik». Onun sözlərinə görə, «inşallah» və «əlhəmdulillah» kimi sözlərin qazax dilinə keçməsinə ehtiyac yoxdur. O, bunların əvəzinə «Quday qalasa» və «Qudayğa şükir» kimi qazax ifadələrinin işlədilməsini istəyib.
Qazaxıstan Prezidenti ölkə əhalisi arasında ərəbləşmə meylinin yayılmasından narahatlığını ifadə edib. O, bu prosesə qətiyyətlə qarşı olduğunu bildirib.