çərşənbə, 11 noyabr 2026
İran

Qətər ABŞ-ın İrana mümkün hücumunu ən azı iki həftə təxirə salıb

Qətər ABŞ-ın İrana mümkün hücumunu ən azı iki həftə təxirə salıb

İsrail mediası xəbər verib ki, Qətər ABŞ-ın İslam Respublikasına qarşı mümkün hərbi hücumlarının qarşısını almaq üçün ən azı iki həftəlik diplomatik fürsət əldə edə bilib.

İsrailin i24 telekanalının məlumatına görə, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani Parisdə keçirilən "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirlərinin toplantısında bildirib ki, bu fürsət Tehran ilə Vaşinqton arasında razılaşma əldə olunması istiqamətində səylərin davam etdirilməsi üçün yaradılıb.

Bununla belə, İranın dəniz blokadası, nüvə proqramı, dondurulmuş aktivlərin azad edilməsi və öhdəliklərin icra ardıcıllığı ilə bağlı əsas fikir ayrılıqları hələ də qalmaqdadır.

Qətər Xarici İşlər Nazirliyi də vasitəçilik səylərində müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb, lakin müharibənin başa çatması ilə bağlı hələ razılaşma əldə edilməyib.

Bu xəbəri paylaşın