çərşənbə axşamı, 10 noyabr 2026
Dünya

ABŞ prezidenti Donald Tramp: FTB Nvidia-nın baş icraçı direktorunun Çin üçün casusluqda şübhəli bilinən şəxslə əlaqəsini araşdırır

ABŞ prezidenti Donald Tramp: FTB Nvidia-nın baş icraçı direktorunun Çin üçün casusluqda şübhəli bilinən şəxslə əlaqəsini araşdırır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nvidia-nın baş icraçı direktoru Censen Huanqın Çin kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinən çinli qadın iş adamı ilə əlaqəsini araşdırır. Bu barədə Donald Tramp noyabrın 9-da, bazar ertəsi məlumat verib. O, texnologiya sənayesindəki ən yaxın müttəfiqlərindən birinə qarşı irəli sürülən ittihamlardan təəccübləndiyini deyib.

Trampın sözlərinə görə, Censen Huanq onunla söhbətində bu qadının Çin kəşfiyyat xidməti ilə mümkün əlaqəsindən xəbəri olmadığını bildirib. ABŞ rəsmiləri Sinqapurda yerləşən şirkətin sabiq direktoru Alis Huanqın Çin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu hesab edirlər. Çin Xarici İşlər Nazirliyi isə bu ittihamları «əsassız» və «böhtan» adlandırıb.

Bazar ertəsi Nvidia-nın səhmləri 4 faizdən çox ucuzlaşıb. Bir qrup səhmdar isə bu əlaqəni gizlətməkdə ittiham edərək şirkətə və onun baş icraçı direktoruna qarşı məhkəməyə iddia qaldırıb. Bir gün əvvəl daxili araşdırmaya başlayan Nvidia-nın direktorlar şurası Huanqa etimadının qaldığını açıqlayıb.

Bu xəbəri paylaşın