çərşənbə axşamı, 10 noyabr 2026
Dünya

Wall Street Journal: ABŞ Tehranın təhdidindən sonra təyyarələrini Mildenhall bazasından çıxarıb

Wall Street Journal: ABŞ Tehranın təhdidindən sonra təyyarələrini Mildenhall bazasından çıxarıb

The Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ ordusu noyabrın 9-da, bazar ertəsi bir neçə yanacaqdoldurma təyyarəsini Britaniyadakı Mildenhall hava bazasından Almaniyaya və digər bir neçə məntəqəyə köçürüb. Mildenhall Britaniyada ABŞ-ın təyyarələrini çıxardığı ikinci bazadır.

Bu yerdəyişmə İslam Respublikasının yeni təhdidindən sonra həyata keçirilib. Tehran ABŞ-ın bütün maraqlarını heç bir coğrafi məhdudiyyət olmadan hədəfə alacağı ilə hədələmişdi.

ABŞ-ın xüsusi təyinatlı qüvvələrinə məxsus CV-22 Osprey təyyarələri də yaxınlıqdakı Lakenheath bazasına köçürülüb. Bu baza çox ciddi şəkildə qorunur. Amerikalı rəsmilərdən biri The War Zone nəşrinə bildirib ki, hər iki bazada qüvvələrin mühafizəsi ilə bağlı tədbirlər gücləndirilib.

Bu xəbəri paylaşın