çərşənbə axşamı, 10 noyabr 2026
İran

SEPAH-ın Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında supertanker minaya düşərək partlayıb, ikinci tanker alışıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında supertanker minaya düşərək partlayıb, ikinci tanker alışıb

Hörmüz boğazında iki neft tankerində partlayış və yanğın baş verib. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı, noyabrın 10-da yaydığı bəyanatda hadisənin səbəbi kimi bu gəmilərin «icazəsiz marşrutdan» keçməsini göstərib.

SEPAH-ın iddiasına görə, gəmilərdən biri supertanker olub və «dəniz minasına» toxunaraq partlayıb. Həmin qurumun sözlərinə görə, ikinci tanker isə ABŞ ordusunun qırıcı təyyarələrinin müşayiəti ilə boğazdan keçərkən alışıb.

SEPAH həmçinin hər iki tankerin naviqasiya və identifikasiya sistemlərini söndürdüyünü iddia edib. Bəyanatda bildirilir ki, iki gəmi SEPAH-ın «Hörmüz boğazının alovlu divarı» adlandırdığı şeylə toqquşduqdan sonra boğazın cənub sahillərində başlı-başına buraxılıb.

Bu xəbəri paylaşın