çərşənbə axşamı, 10 noyabr 2026
İran

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi: Müharibəni bitirməyin yeganə yolu İslam Respublikasının şərtlərini qəbul etməkdir

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi: Müharibəni bitirməyin yeganə yolu İslam Respublikasının şərtlərini qəbul etməkdir

Abbas Əraqçinin iddiasına görə, İslam Respublikasının şərtlərinin qəbul edilməsi «müharibəni bitirməyin yeganə yoludur». İslam Respublikasının xarici işlər naziri noyabrın 10-da, çərşənbə axşamı dövlət mediasına müsahibəsində bildirib ki, müharibə «nə hərbi yolla, nə də sanksiyaların artırılması ilə» başa çatmayacaq.

Nazir çıxış yolunun «hörmət dili», diplomatiya və Tehranın tələblərinin yerinə yetirilməsi olduğunu deyib. O əlavə edib ki, bu şərtlər «iki günlük plan»da öz əksini tapıb və hələ də masa üzərindədir. Nazir həmçinin iddia edib ki, Donald Tramp sanksiyalar və iqtisadi təzyiq məsələsində də yanlış yol tutduğunu «çox keçmədən» anlayacaq.

Əraqçi ABŞ vitse-prezidenti Cey Di Vensin Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai ilə görüşə biləcəyi barədə xəbərləri «tamamilə əsassız» adlandırıb. O bildirib ki, belə bir görüş planlaşdırılmayıb.

Bu xəbəri paylaşın