bazar ertəsi, 9 noyabr 2026
Dünya

Moskva ətrafından naməlum məqsədli uçuş: Rusiya rəsmilərinə xidmət edən xüsusi hərbi təyyarə Ben-Qurion hava limanına enib

Moskva ətrafından naməlum məqsədli uçuş: Rusiya rəsmilərinə xidmət edən xüsusi hərbi təyyarə Ben-Qurion hava limanına enib

Rusiyanın yüksək vəzifəli rəsmilərin və hərbçilərin daşınması üçün istifadə olunan Tu-154 hərbi təyyarəsi 9 noyabr, bazar günü axşam saatlarında İsrailin Ben-Qurion hava limanına enib. İsrail mediası bu təyyarənin Moskva yaxınlığındakı hərbi aviabazadan havaya qalxdığını xəbər verib.

Uçuşun məqsədi hələlik açıqlanmayıb. İsrail ordusu və Rusiyanın İsraildəki səfirliyi də bununla bağlı heç bir izahat verməyib.

Tu-154 sovet dövründə istehsal olunmuş üçmühərrikli təyyarədir və hələ də Rusiya ordusunun xüsusi uçuşlar donanmasında istifadə edilir. 2016-cı ilin dekabrında Rusiya Müdafiə Nazirliyinə məxsus eyni modelli təyyarələrdən biri Suriyadakı Hmeymim aviabazasına uçarkən Qara dənizdə qəzaya uğrayıb, göyərtəsindəki 92 nəfər həlak olub.

Bu xəbəri paylaşın