Polşanın Krakov şəhərinin mərkəzi meydanında şənbə günü baş verən atışma beş nəfərin ölümünə səbəb olub. Daha təxminən 12 nəfər yaralanıb, onların arasında bir neçə polis əməkdaşı da var.
Malopolska regionunun polisi X sosial şəbəkəsində yaydığı bəyanatda bildirib ki, bir kişi yerli vaxtla saat 15 radələrində avtomobillə meydana daxil olub və maşının içindən insanlara atəş açıb. Polisin ikinci bəyanatında qeyd olunub ki, əməkdaşlar hücumçuya atəş açıblar və o, yaralı halda xəstəxanaya aparılıb.
Polşanın baş naziri Donald Tusk daxili işlər nazirinin onu atışma ilə bağlı son hadisələr barədə məlumatlandırdığını deyib. Onun sözlərinə görə, polis hücumun motivlərini, bütün tərəflərini və təfərrüatlarını araşdırır.