şənbə, 7 noyabr 2026
Bölgə

İraqlı siyasi rəsmilər: SEPAH vəkil qrupların hədəf siyahısını yeniləyib, İraq müharibəyə cəlb olunmaq təhlükəsi ilə üz-üzədir

İraqlı siyasi rəsmilər: SEPAH vəkil qrupların hədəf siyahısını yeniləyib, İraq müharibəyə cəlb olunmaq təhlükəsi ilə üz-üzədir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) göstərişi ilə İraq silahlı qruplarının hədəf siyahısı yenilənib. Bu da Bağdadı «görünməmiş» narahatlıqla üz-üzə qoyub. İraqın siyasi rəsmiləri noyabrın 6-da, cümə günü bildiriblər ki, bu qruplar Tehranla Vaşinqton arasında mümkün qarşıdurmaya qoşularsa, İraq da müharibəyə sürüklənəcək.

İraqın baş naziri Əli əz-Zeydi Koordinasiya Çərçivəsinin liderlərindən İslam Respublikasına yaxın qrupları cilovlamaq üçün əməkdaşlıq etmələrini istəyib. İraqın təhlükəsizlik mənbələri də xəbər veriblər ki, ordu komandirlərinə silahlı pozuntulara qarşı dərhal tədbir görmək səlahiyyəti verilib, sərhəd bölgələrində isə nəzarət gücləndirilib.

Bu narahatlıqlar Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin açıqlamalarından sonra artıb. O, noyabrın 4-də, çərşənbə günü deyib ki, İslam Respublikasının vəkil qrupları Müctəba Xameneyinin «sərhədsiz» qarşıdurma ilə bağlı mesajını alıb, onların komandirləri də bu mesajı «əməliyyata çeviriblər».

Bu xəbəri paylaşın