Vaşinqtonun müharibəyə son qoyulması ilə bağlı mesajı Pekin vasitəsilə Tehrana çatıb. Bir ABŞ rəsmisinin sözlərinə görə, ABŞ-ın maliyyə naziri Skott Bessent Donald Trampın dəstəyi ilə Çindən İslam Respublikası üzərindəki təsirindən istifadə etməyi xahiş edib. Pekin də bu mesajı Tehrana çatdırıb.
ABŞ-ın İslam Respublikası ilə bağlı diplomatik səylərinə vitse-prezident Cey Di Vens rəhbərlik edir. O, ötən ay İslam Respublikasının təhlükəsizlik rəsmilərindən biri olan Möhsün Rzaiyə barışdırıcı məktub göndərib.
Ağ Ev ilə Tehran arasında vasitəçilik edən qətərli Əli əs-Səvadi bildirib ki, İslam Respublikasının rəhbərləri ABŞ-dakı aralıq seçkilərin nəticələrinin Vaşinqtonun davranışını dəyişib-dəyişmədiyini görmək üçün gözləyirlər. Onun sözlərinə görə, Tehran Vensin məktubunu hörmət əlaməti kimi qiymətləndirib və onun müharibəni səhv adlandırmasını müsbət qarşılayıb. Əs-Səvadi əlavə edib ki, İslam Respublikasının rəhbərləri ABŞ-ın etibarlı olduğuna əmin olmaq istəyirlər.