Demokrat Partiyası ABŞ Nümayəndələr Palatasına keçirilən aralıq seçkilərdə 66 milyon 200 min səs toplayıb. Bu rəqəm amerikalı iqtisadi analitik Stiv Ratnerin yaydığı qrafikdə öz əksini tapıb. Bu, ABŞ-da aralıq seçkilər tarixində bir partiyanın topladığı ən çox səsdir. Əvvəlki rekordu da 2018-ci ildə 60 milyon 600 min səslə demokratların özləri qeydə almışdı.
Bu statistika 4 noyabr, çərşənbə gününə aiddir. Həmin vaxt gözlənilən səslərin 92,6 faizi hesablanmışdı. Respublikaçılar isə 2022-ci ilin aralıq seçkilərində 54 milyon 200 min səs almışdılar. Yeni rekord səslərin faizinə yox, sayına aiddir. NBC News-un məlumatına görə, ilkin hesablamaya əsasən demokratlar Nümayəndələr Palatası üzrə səslərin 55,3 faizini əldə ediblər.