İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhərdən İraqın şimalı istiqamətində bir neçə pilotsuz uçuş aparatı buraxıb. Hücumlar İslam Respublikasına qarşı çıxan silahlı kürd qruplarını hədəf alıb.
Bu hücumlardan sonra İraq Kürdüstan Regionunun iki böyük şəhəri olan Süleymaniyyə və Ərbildə bir neçə partlayış səsi eşidilib.