"Əl-Mayadin" telekanalının məlumatına görə, İraq ordusu mümkün fəsadların qarşısını almaq üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. İraq silahlı qüvvələrinə sərhəd zolağına yaxınlaşan istənilən qrupa və ya şəxsə qarşı atəş açmaq barədə açıq əmr verilib.
İraq ordusunun 17-ci diviziyasının komandanlığı da Bağdaddan Kərkük vilayətinə köçürülüb. Bu diviziya hazırda Kürdüstan Regionu ilə ortaq sərhəd xətlərində yerləşdirilib.