ArazNews
Ana Səhifə / İran / Reuters Avropa rəsmilərinə istinadən: ABŞ-ın İrana yenidən hücumu elə bu həftə başlaya bilər
İran

Reuters Avropa rəsmilərinə istinadən: ABŞ-ın İrana yenidən hücumu elə bu həftə başlaya bilər

Reuters Avropa rəsmilərinə istinadən: ABŞ-ın İrana yenidən hücumu elə bu həftə başlaya bilər

Reuters agentliyi dörd Avropa rəsmisinə istinadən xəbər verib ki, ABŞ İrana yenidən hücum etmək üçün bölgədə kifayət qədər qüvvə və texnika yerləşdirib. Onların sözlərinə görə, bu hücum elə bu həftədən başlaya bilər.

Körfəz ölkələrinin liderləri ilə yaxın əlaqəsi olan digər bir Avropa rəsmisi Reuters-ə deyib: «Müharibə yoldadır. Heç kim bu müharibənin tərəfdarı deyil». İki Avropa rəsmisi də bildirib ki, ABŞ-ın ehtimal olunan hücumları İranın nüvə obyektlərini, o cümlədən tədqiqat və inkişaf mərkəzlərini hədəf ala bilər.

Bunun müqabilində İslam Respublikasının rəsmiləri Reuters-ə bildiriblər ki, Tehran ABŞ və İsrailin yeni hücumlarına cavab zərbəsi endirmək üçün hədəflərin siyahısını hazırlayıb. Körfəz ölkələri müharibənin genişlənməsindən, ABŞ bazalarına və bölgənin infrastrukturuna hücumlardan narahatdır. Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və Qətər toqquşmaların yeni mərhələsinin qarşısını almaq üçün diplomatik səylər göstəriblər.