ArazNews
Ana Səhifə / Bölgə / Qatarın qazdaşıyan gəmisinə hücum bu ölkənin vasitəçilərinin Tehranda apardığı danışıqlarla eyni vaxtda baş verib!
Bölgə

Qatarın qazdaşıyan gəmisinə hücum bu ölkənin vasitəçilərinin Tehranda apardığı danışıqlarla eyni vaxtda baş verib!

Qatarın qazdaşıyan gəmisinə hücum bu ölkənin vasitəçilərinin Tehranda apardığı danışıqlarla eyni vaxtda baş verib!

Qatarın rəsmi xəbər agentliyi bu ölkəyə məxsus «Al Mayeda» adlı iri maye təbii qaz daşıyan gəminin oktyabrın 30-da, cümə günü axşam saatlarında Körfəz sularında naməlum obyektlərin zərbəsinə məruz qaldığını təsdiqləyib.

Qatarın rəsmi xəbər agentliyinin məlumatına görə, «Nakilat» gəmiçilik şirkəti noyabrın 1-də, bazar günü gəminin bütün heyət üzvlərinin sağ-salamat olduğunu, gəminin isə hələ də təhlükəsiz və işlək vəziyyətdə qaldığını açıqlayıb.

Hadisə Qatar vasitəçilərinin Tehranda olduğu vaxt baş verib. «Reuters»in xəbərinə görə, Qatar nümayəndələri orada gərginliyin azaldılması və İslam Respublikası ilə ABŞ arasında danışıqların bərpası məqsədilə 12 saatdan artıq məsləhətləşmələr aparıblar.

Hücumu kimin törətdiyi və gəmiyə dəyən obyektlərin mahiyyəti hələlik məlum deyil.