ArazNews
Ana Səhifə / Bölgə / "Maariv" İsrail ordusunun Livandakı planını açıqlayıb: Hizbullah qarşıdurmaya qoşularsa, Sur, Sayda və Nabatiyə ələ keçiriləcək
Bölgə

"Maariv" İsrail ordusunun Livandakı planını açıqlayıb: Hizbullah qarşıdurmaya qoşularsa, Sur, Sayda və Nabatiyə ələ keçiriləcək

İsrailin "Maariv" qəzeti xəbər verib ki, Hizbullah İsrail ordusu ilə qarşıdurmaya girərsə, ordu Livanın cənubundakı Sur, Sayda və Nabatiyə şəhərlərini ələ keçirib öz nəzarətinə götürməyi planlaşdırır. Qəzetin yazdığına görə, İsrail Hizbullahın qarşıdurmaya qoşulacağı hal üçün çox güclü atəş hazırlayıb.

"Maariv" əlavə edib ki, İsrail Hərbi Dəniz Qüvvələri də Beyrut limanını və Livanın şimalındakı Tripoli limanını dəniz blokadasına almağa hazırlaşır.