ABŞ-ın «MS NOW» telekanalı yaydığı reportajda ABŞ-ın İrana qarşı hərbi hücumlarının 4 noyabr 2026-cı il, çərşənbə günü, yəni ABŞ-da ara seçkilərin keçirilməsindən cəmi bir gün sonra bərpa oluna biləcəyini xəbər verib.
Üç yüksək vəzifəli ərəb rəsmisinin sözlərinə görə, bu hücumlar 4 noyabrda, yəni ABŞ-da ara seçkilərdən bir gün sonra başlaya bilər.
Associated Press agentliyi də məlumatlı iki diplomata istinadən xəbər verib ki, amerikalı rəsmilər Yaxın Şərqin bir neçə ölkəsini 3 noyabr, çərşənbə axşamı keçiriləcək seçkilərdən sonra İrana qarşı yeni hərbi hücumlar mərhələsinin başlaya biləcəyi barədə xəbərdar ediblər.
Vaşinqton regiondakı müttəfiqlərindən İran rejiminin enerji obyektlərinə və digər həyati əhəmiyyətli infrastruktura qarşı mümkün cavab addımlarına hazır olmağı istəyib.
Diplomatik mənbələrin sözlərinə görə, ABŞ qısamüddətli və intensiv əməliyyat keçirilməsi ehtimalını irəli sürüb, lakin region ölkələri İslam Respublikasının və onun vəkil qruplarının cavabının toqquşmaları daha uzunmüddətli müharibəyə çevirəcəyindən narahatdırlar.