ArazNews
Ana Səhifə / İran / Ted Kruz Trampla görüşdən sonra: İranlı etirazçıların İslam Respublikasını devirmək üçün silahlandırılmasını tələb etmişəm
İran

Ted Kruz Trampla görüşdən sonra: İranlı etirazçıların İslam Respublikasını devirmək üçün silahlandırılmasını tələb etmişəm

Ted Kruz Trampla görüşdən sonra: İranlı etirazçıların İslam Respublikasını devirmək üçün silahlandırılmasını tələb etmişəm

ABŞ-ın respublikaçı senatoru Ted Kruz Donald Trampın İslam Respublikasından qaynaqlanan təhdidin aradan qaldırılmasını istədiyini bildirib. Senator özünün də hakimiyyətin devrilməsi üçün iranlı etirazçıların silahlandırılmasının zəruri olduğunu vurğuladığını qeyd edib.

Ted Kruzun X sosial şəbəkəsindəki paylaşımında senator 29 oktyabr, cümə axşamı yazıb: «Dünən bütün günü prezident Trampla birlikdə keçirdim. O, İran rejimindən qaynaqlanan təhdidin aradan qaldırılmasını istəyir».

Kruz əlavə edib: «Mən iranlı etirazçıların bu rejimi devirmək üçün silahlandırılmasını tələb etmişəm».