ArazNews
Ana Səhifə / Dünya / Netanyahu sağçıların qəti çoxluq qazandığını iddia edib: Trampla birlikdə İran rejiminin təhdidinə həmişəlik son qoyacağıq
Dünya

Netanyahu sağçıların qəti çoxluq qazandığını iddia edib: Trampla birlikdə İran rejiminin təhdidinə həmişəlik son qoyacağıq

Netanyahu sağçıların qəti çoxluq qazandığını iddia edib: Trampla birlikdə İran rejiminin təhdidinə həmişəlik son qoyacağıq

İsrailin baş naziri Binyamin Netanyahu ümumi seçkilərin exit-poll nəticələri açıqlandıqdan sonra sağ blokun «qəti çoxluq» qazandığını bəyan edib. O, «Likud» partiyasının Qüdsdəki seçki qərargahında çıxış edib.

Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın rəhbərlik etdiyi hücumdan sonrakı müharibələrdə İsrailin əldə etdiyi uğurları xatırladaraq deyib: «İran heç vaxt olmadığı qədər zəif, İsrail isə heç vaxt olmadığı qədər güclüdür». Onun sözlərinə görə, İsrail ABŞ prezidenti Donald Trampla birlikdə İran rejiminin təhdidinə həmişəlik son qoyacaq.

İsrailin baş naziri «Likud»u ölkənin ən böyük partiyası adlandırıb və hələ də real nəticələri gözlədiyini bildirib. O, həmçinin «Likud»un zəif nəticə göstərəcəyini proqnozlaşdıran mediaları da tənqid edib.