ArazNews
Ana Səhifə / İran / ABŞ-ın maliyyə naziri İran xalqına: «Vergi ödəməyin; qış üçün yanacağı elə indidən ehtiyata yığın»
İran

ABŞ-ın maliyyə naziri İran xalqına: «Vergi ödəməyin; qış üçün yanacağı elə indidən ehtiyata yığın»

ABŞ-ın maliyyə naziri İran xalqına: «Vergi ödəməyin; qış üçün yanacağı elə indidən ehtiyata yığın»

ABŞ-ın maliyyə naziri Skott Bessent İran xalqına vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, hakimiyyət bu vergilərin müqabilində heç bir xidmət göstərmir və sosial müavinətləri kəsməyə davam edəcək.

Bessent bildirib ki, Mərkəzi Bank davamlı olaraq pul çap edir və bu da inflyasiyanı artırır. O əlavə edib ki, hakimiyyət maaşları da ödəmir.

ABŞ-ın maliyyə naziri istilik yanacağı sahəsində böyük qıtlığın yaxınlaşdığı barədə xəbərdarlıq edib. O, insanları qış üçün nəyə ehtiyacları varsa, elə indidən almağa və istilik yanacağı ehtiyatı yaratmağa çağırıb. Bessentin tövsiyəsinə görə, hər kəs elə indidən avtomobilinin yanacaq çənini doldurmalıdır. O deyib ki, enerji ehtiyatlarına görə dünyada üçüncü yerdə olan bir ölkənin ehtiyac duyduğu benzini istehsal edə bilməməsinə inana bilmir. Bessentin proqnozuna görə, bu eniş tendensiyası davam edəcək.