CNN amerikalı rəsmilərə istinadən xəbər verib ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri İslam Respublikasına qarşı yeni və ehtimal ki, geniş miqyaslı hərbi əməliyyata hazırdır. Bu qüvvələr Trampın əmrindən sonra 96 saat ərzində əməliyyata başlaya bilər.
Pentaqonun planlarından xəbərdar olan bəzi hazırkı və keçmiş ABŞ rəsmiləri hücum əmrinin verilməsini «ehtimal deyil, zaman məsələsi» hesab edir. Onların sözlərinə görə, bu əməliyyat əvvəlki hücumlardan qat-qat geniş miqyaslı olacaq və təkcə radarları və raket buraxılış qurğularını hədəf almayacaq.
Ehtimal olunan hədəflərin siyahısına hərbi obyektlər, enerji infrastrukturu və nüvə mərkəzləri daxildir. Tramp hələ yekun qərarını açıqlamayıb, bu rəsmilərin bəziləri isə hücumun ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra həyata keçiriləcəyini ehtimal edir.