ArazNews
Ana Səhifə / Xəbər / Qaşqay mədəni irsi Türkiyədə parlayır: Altay Qaşqayi qaşqay türklərinin ənənəvi geyimini dünyaya tanıtmaq üçün addım atıb
Xəbər

Qaşqay mədəni irsi Türkiyədə parlayır: Altay Qaşqayi qaşqay türklərinin ənənəvi geyimini dünyaya tanıtmaq üçün addım atıb

Qaşqay mədəni irsi Türkiyədə parlayır: Altay Qaşqayi qaşqay türklərinin ənənəvi geyimini dünyaya tanıtmaq üçün addım atıb

«Qaşqay ənənəvi geyim mədəniyyəti və onun sosial əhəmiyyəti» adlı bu tədqiqat Beynəlxalq Sosial Elmlər və Türk Mədəniyyəti Konfransında təqdim olunub. Tədbir Türkiyənin bir sıra nüfuzlu universitetlərinin, ölkənin Hərbi Muzeyinin və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin iştirakı ilə keçirilib.

Altay Qaşqayi bu tədqiqatında qaşqay ənənəvi geyimini zahiri quruluşu, mədəni simvolları və sosial mənaları baxımından digər türk xalqlarının və icmalarının geyimləri ilə müqayisə edib. O, təsvir nümunələri nümayiş etdirərək bu geyimlər arasındakı mədəni və tarixi bağları araşdırıb.

Məqalənin türk dünyasının elmi platformalarından birində təqdim olunması qaşqay mədəni irsinin akademik səviyyədə sənədləşdirilməsi, beynəlxalq miqyasda tanıdılması və qorunması yolunda atılmış addım hesab olunur. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi qaşqay türklərinin mədəni kimliyinin davam etməsində mühüm rol oynayır.