ArazNews
Ana Səhifə / İran / Trampdan İslam Respublikasına yeni xəbərdarlıq: Danışıqlar yoxdur, tezliklə nəsə baş verəcək
İran

Trampdan İslam Respublikasına yeni xəbərdarlıq: Danışıqlar yoxdur, tezliklə nəsə baş verəcək

Trampdan İslam Respublikasına yeni xəbərdarlıq: Danışıqlar yoxdur, tezliklə nəsə baş verəcək

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İslam Respublikası ilə danışıqlar aparmadığını açıqlayıb. O, tezliklə İranla bağlı yeni hadisələrin baş verəcəyi barədə xəbərdarlıq edib.

Tramp jurnalistlərə deyib: «Düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. Hər halda, bu və ya digər şəkildə, nisbətən tezliklə nəsə baş verəcək».

O, ABŞ-dakı aralıq seçkilərinə toxunaraq əlavə edib: «İnsanların əksəriyyəti bunun seçkilərdən sonra baş verəcəyini düşünür, amma görək nə olacaq».

Tramp həmçinin administrasiyasının İslam Respublikasına qarşı fəaliyyətini vurğulayaraq deyib: «İranla məhdud münaqişəmiz var, lakin hərbi və maliyyə baxımından çox yaxşı nəticələr göstərmişik».

Bu açıqlamalar ABŞ və İsrailin 3 noyabr seçkilərindən sonra İrana yeni hücumlar etməyə hazırlaşdığı barədə xəbərlərlə eyni vaxta təsadüf edir.