İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Körfəzin şimalında neft daşıyan dörd gəminin hədəfə alındığını və onlarda yanğın baş verdiyini iddia edib. Bundan əlavə, Hörmüz boğazının qərbində daha üç gəmi dəniz minalarına toxunub.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən bildirilir ki, qurumun iddiasına görə qeyri-qanuni neft daşınması ilə məşğul olan dörd gəmi müəyyən edilib izlənildikdən sonra eyni vaxtda hədəfə alınıb və alovlanıb.
SEPAH həmçinin ABŞ ordusuna xəbərdarlıq edərək bəyan edib ki, Vaşinqtonun hərbi əməliyyatlarını davam etdirməsi bölgədəki Amerika bazalarına qarşı daha geniş miqyaslı cavab tədbirləri ilə nəticələnə bilər.