İslam Respublikasının yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən biri rejimə məxsus Press TV telekanalına müsahibəsində ABŞ və İsraili hədələyib. Adı açıqlanmayan rəsmi oktyabrın 21-də, çərşənbə günü bildirib ki, Tehran tammiqyaslı, çoxqatlı və hərtərəfli müharibəyə hazırdır. O deyib ki, İslam Respublikası istənilən hücum və sui-qəsdə «heç bir məhdudiyyət və ya təmkin olmadan» cavab verəcək.
Bu rəsminin iddiasına görə, silahlı qüvvələr ABŞ-ın, İsrailin və onların regiondakı tərəfdarlarının maraqlarını əlçatan olduğu hər yerdə bütün gücü ilə hədəfə almağa hazırdır. O iddia edib ki, ABŞ və İsraildən heç biri digəri olmadan İranla müharibəyə girməyəcək. Onun fikrincə, bu iki ölkədən hər birinin ayrılıqda hücum edəcəyini düşünmək «acı zarafatdır».
Adı açıqlanmayan təhlükəsizlik rəsmisi Vaşinqton və Təl-Əvivin hərbi təhdidlərini İslam Respublikasının addımları üçün «hüquqi və əxlaqi icazə» adlandırıb.