ArazNews
Ana Səhifə / İran / Məclisin tribunasından ABŞ-a və qonşulara təhdid: «Heç bir Amerika bazası və əsgəri təhlükəsiz olmayacaq»
İran

Məclisin tribunasından ABŞ-a və qonşulara təhdid: «Heç bir Amerika bazası və əsgəri təhlükəsiz olmayacaq»

Məclisin tribunasından ABŞ-a və qonşulara təhdid: «Heç bir Amerika bazası və əsgəri təhlükəsiz olmayacaq»

Məclisin Milli Təhlükəsizlik Komissiyasının katibi Behnam Səidi ABŞ-ı təhdid edib. Onun sözlərinə görə, ABŞ ilə müharibə yenidən başlasa, İslam Respublikası hərbi strategiyasını müdafiədən hücuma dəyişəcək.

Səidi İslam Respublikasının hərbi potensialının artdığını iddia edib. Onun iddiasına görə, Tehran yeni müharibədə asimmetrik müharibə üsullarından və Amerika qüvvələri üçün «gözlənilməz» olacaq silahlardan istifadə edəcək. Deputat əlavə edib ki, heç bir Amerika bazası və əsgəri, eləcə də ABŞ ilə bağlı olan heç bir şəxs təhlükəsiz olmayacaq.

Milli Təhlükəsizlik Komissiyasının katibi ABŞ ilə əməkdaşlıq edən ölkələri də təhdid edib. Onun sözlərinə görə, müharibə baş verəcəyi təqdirdə İslam Respublikası bu ölkələrə qarşı addım atarkən özü üçün heç bir «məhdudiyyət» tanımayacaq.