İran İslam Respublikasının müttəfiqi olan husi silahlı qruplaşması bu axşam, 13 oktyabr, çərşənbə axşamı Səudiyyə Ərəbistanının şərqindəki Aramco neft obyektlərinə raket atıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Zəhran və Hərad ərazilərindəki bəzi məntəqələrə hücumu təsdiqləyib. Ər-Riyad Zəhranda zərbənin dəydiyi yerə xilasedici qüvvələrin göndərildiyini açıqlayıb.
Bir neçə güclü partlayış Ər-Riyadı silkələyib. Şəhərin neft emalı zavodu hədəfə alınıb və oradan göyə tüstü sütunları qalxıb. Ər-Riyad hava limanında da bir neçə partlayış səsi eşidilib.
Husilər hücumdan bir neçə saat əvvəl Dəmmamdakı Aramco obyektlərini, Kral Xalid hava limanını və Ər-Riyaddakı Aramco neft emalı zavodunu hədəf kimi elan etmişdilər. Onlar Səudiyyə Ərəbistanı Sənada elan etdiyi hədəflərə hücum edəcəyi təqdirdə bu obyektləri vuracaqları ilə hədələmişdilər.