İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan İsraillə Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyi xahiş edib. İsrailin "Haaretz" qəzetinin məlumatına görə, o, Ər-Riyadın İsrailin Yəməndəki silahlı husi qruplaşmasına qarşı müharibədə hərbi iştirakına razılıq verməsini istəyir.
Netanyahu bu əməkdaşlığın iki ölkə arasındakı münasibətləri gücləndirəcəyinə və normallaşmaya yol açacağına ümid edir. Lakin "Haaretz"in yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bu təklifə veto qoyub.