ArazNews
Ana Səhifə / İran / Tramp: İran dünyada terrorizmin ən böyük himayədarıdır və nüvə silahı əldə etməyəcək
İran

Tramp: İran dünyada terrorizmin ən böyük himayədarıdır və nüvə silahı əldə etməyəcək

Tramp: İran dünyada terrorizmin ən böyük himayədarıdır və nüvə silahı əldə etməyəcək

ABŞ prezidenti Donald Tramp İslam Respublikasını «dünyada terrorizmin ən böyük dövlət himayədarı» adlandırıb və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğulayıb. O, həmçinin İslam Respublikası ilə müharibənin yaxın vaxtlarda başa çatacağını bildirib.

«Amerikanın Səsi»nə istinadən xəbər verilir ki, Tramp oktyabrın 12-də, bazar ertəsi Ohayo ştatında keçirilən seçkiqabağı mitinqdə İslam Respublikası ilə müharibənin tezliklə sona çatacağını və bundan sonra benzinin qiymətinin aşağı düşəcəyini deyib.

ABŞ prezidenti İslam Respublikasına qarşı müharibəyə başlamaq qərarını müdafiə edərək ölkənin əvvəlki prezidentlərinin bu addımı illər öncə atmalı olduqlarını qeyd edib.

Bu açıqlamalar ABŞ-da aralıq seçkiləri ərəfəsində səslənir. Eyni zamanda, Associated Press agentliyi və Çikaqo Universitetinin Tədqiqat Mərkəzinin birgə keçirdiyi sorğuya əsasən, yetkin amerikalıların 65 faizi qiymət artımının səbəbini Trampın siyasətində görür.