İsrailin «Ari Arms» şirkəti Azərbaycanda silah istehsalına başlayıb. OC Media-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın əvvəlində bu zavodun açılış mərasimində iştirak edib.
Zavod Azərbaycan dövlətinə məxsusdur və ölkənin Müdafiə Sənayesi Nazirliyinin iştirakı ilə istifadəyə verilib. Zavodda AR-15 platforması əsasında hazırlanan M-4 tipli OR-4 tüfəngləri istehsal olunur. «Ari Arms» bu istehsal xəttini Azərbaycanda Qərb standartlarına uyğun tüfənglərin ilk istehsalı adlandırıb.
Azərbaycanın dövlət enerji şirkəti SOCAR 2025-ci ilin iyununda İsrailin «Tamar» qaz yatağındakı 10 faizlik payı təxminən 1,25 milyard dollara alıb. Azərbaycan avqustda CNN-dən şikayət edib. Bu telekanal İsrail qüvvələrinin İslam Respublikası ilə müharibədə Azərbaycan ərazisindən əməliyyatlar həyata keçirdiyini xəbər vermişdi.