ArazNews
Ana Səhifə / Bölgə / Pakistan qırıcı təyyarələrinin husilərə qarşı hücumlarda iştirak etdiyini təkzib edib
Bölgə

Pakistan qırıcı təyyarələrinin husilərə qarşı hücumlarda iştirak etdiyini təkzib edib

Pakistan qırıcı təyyarələrinin husilərə qarşı hücumlarda iştirak etdiyini təkzib edib

Pakistanın İnformasiya və Yayım Nazirliyi oktyabrın 8-də, cümə axşamı ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Yəmən husilərinə qarşı hücumlarda iştirak etməsi barədə xəbəri rədd edib. Nazirlik bu iddianı «saxta və uydurma» adlandırıb.

Təkzib «The New York Times» qəzetinin bir gün əvvəl yaydığı məqaləyə cavab olaraq verilib. Qəzet adı açıqlanmayan mənbəyə istinadən yazmışdı ki, husilərin Səudiyyə Ərəbistanı ilə qarşıdurması kəskinləşərkən Pakistan qırıcıları bu qruplaşmaya qarşı istifadə olunub. Pakistanın İnformasiya Nazirliyi məqalənin həmin iddianın yer aldığı hissəsinin şəklini X sosial şəbəkəsində paylaşaraq onu təkzib edib.

Nazirlik həmçinin beynəlxalq mediadan Pakistan hərbçilərinin «Məkkə Birgə Müdafiə Paktı» çərçivəsində cəlb olunması ilə bağlı fərziyyələr irəli sürməməyi xahiş edib. Bəyanatda vurğulanıb ki, qüvvələrin hər hansı formada cəlb olunması zəruri olarsa, bunun təfərrüatlarını səlahiyyətli şəxslər açıqlayacaq.