ArazNews
Ana Səhifə / İran / Barak Ravidin Trampın İrana hücum barədə qərar verdiyi vaxtla bağlı paylaşımı
İran

Barak Ravidin Trampın İrana hücum barədə qərar verdiyi vaxtla bağlı paylaşımı

Barak Ravidin Trampın İrana hücum barədə qərar verdiyi vaxtla bağlı paylaşımı

"Axios" xəbər saytının müxbiri Barak Ravid X sosial şəbəkəsində paylaşdığı mesajda ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəlki hadisələrə toxunub. O, Donald Trampın mövqeyini rəsmi şəkildə açıqlamazdan əvvəl hərbi əməliyyatla bağlı yekun qərarı artıq qəbul etdiyini iddia edib.

Ravid 2025-ci ilin iyun ayındakı hadisələri xatırladaraq yazıb ki, «Gecəyarısı çəkici» adlanan əməliyyat başlamazdan əvvəl Ağ Ev ABŞ prezidentinin «iki həftə ərzində» qərar verəcəyini açıqlamışdı. Söhbət Vaşinqtonun İsrailin İrana qarşı müharibəsinə qoşulub-qoşulmayacağından gedirdi. Onun sözlərinə görə, bu açıqlamalar yayılan zaman Tramp əslində İranın nüvə obyektlərinə hücum etmək barədə qərarını artıq vermişdi.

Jurnalist həmçinin iddia edib ki, Tramp fevralın 27-də, ABŞ və İsrailin İrana qarşı hücumlarının başlamasına 24 saatdan az qalmış, müharibəyə qoşulmaqla bağlı hələ qərar vermədiyini açıq şəkildə bəyan etmişdi. Lakin pərdə arxasında hərbi əməliyyatın icrasına icazə artıq verilmiş və yekun qərar qəbul olunmuşdu.