ArazNews
Ana Səhifə / Azərbaycan / Tehran istehsalın 21 faizi ilə bank kreditlərinin 67 faizini alıb; Şərqi Azərbaycanın payı adambaşına cəmi 89 milyon tümən
Azərbaycan

Tehran istehsalın 21 faizi ilə bank kreditlərinin 67 faizini alıb; Şərqi Azərbaycanın payı adambaşına cəmi 89 milyon tümən

Tehran istehsalın 21 faizi ilə bank kreditlərinin 67 faizini alıb; Şərqi Azərbaycanın payı adambaşına cəmi 89 milyon tümən

Təbriz Ticarət Palatasının sədri Yunus Jalə bildirib ki, Tehranın ölkənin ümumi daxili məhsulundakı payı təxminən 21 faiz olduğu halda, bank kreditlərinin 67,19 faizi bu ostanda verilib.

Onun sözlərinə görə, Tehranda adambaşına düşən bank kreditlərinin həcmi 746 milyon tümənə çatır. Bu rəqəm bütün ölkə üzrə təxminən 200 milyon tümən, Şərqi Azərbaycanda isə cəmi 89 milyon tümən təşkil edir.

Bu rəqəmlər göstərir ki, Tehranda adambaşına düşən bank kreditləri Şərqi Azərbaycandakından səkkiz dəfədən çoxdur. Bu fərq bölgələrdə investisiyaya, məşğulluğa və iqtisadi inkişaf potensialına birbaşa təsir göstərə bilər.

İslam Respublikasının mərkəzləşdirilmiş iqtisadi siyasətini tənqid edənlər resursların belə bölüşdürülməsini qeyri-fars bölgələrə qarşı struktur ayrı-seçkiliyin nümunəsi hesab edirlər. Azərbaycanlı siyasi fəallar da resursların xroniki olaraq Tehranda cəmlənməsini və bölgələrin iqtisadiyyatda onlara düşən mütənasib paydan məhrum edilməsini «daxili müstəmləkəçilik» kimi səciyyələndirirlər.