ArazNews
Ana Səhifə / İnsan Haqları / Səməd Heydəri 6 milyard tümənlik girov və elektron qolbaqla Təbriz həbsxanasından azad edilib
İnsan Haqları

Səməd Heydəri 6 milyard tümənlik girov və elektron qolbaqla Təbriz həbsxanasından azad edilib

Səməd Heydəri 6 milyard tümənlik girov və elektron qolbaqla Təbriz həbsxanasından azad edilib

Cənubi Azərbaycan milli fəalı Səməd Heydəri oktyabrın 4-də, bazar günü, 6 milyard tümən məbləğində girov qarşılığında və elektron qolbaq nəzarəti altında Təbriz həbsxanasından azad edilib.

Azərbaycanlı fəal həbsxanadan azad olunsa da, cəza müddətinin qalan 4 il 3 ayını həbsxanadan kənarda, elektron qolbaq nəzarəti altında keçirəcək. Bu müddətdə o, elektron nəzarət qaydaları çərçivəsində müəyyən edilmiş hərəkət məhdudiyyətlərinə tabe olacaq.

Səməd Heydəri daha əvvəl hakim Rza Abdinin sədrlik etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunub. O, «daxili və xarici təhlükəsizlik əleyhinə cinayət törətmək məqsədilə toplaşma və sövdələşmə» ittihamı ilə 3 il 7 ay, «rejim əleyhinə təbliğat» ittihamı ilə isə 8 ay həbs cəzasına məhkum edilib.

Vətəndaş fəalı 1403-cü il bəhmən ayında (2025-ci ilin yanvar-fevral ayları) Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq həbsdən buraxılıb. Daha sonra o, cari ilin avqustun 8-də həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına köçürülüb.