ArazNews
Ana Səhifə / İnsan Haqları / Ərdəbil İnqilab Məhkəməsi Səhər Məmizadəni həbs və şallaq cəzasına məhkum edib
İnsan Haqları

Ərdəbil İnqilab Məhkəməsi Səhər Məmizadəni həbs və şallaq cəzasına məhkum edib

Ərdəbil İnqilab Məhkəməsi Səhər Məmizadəni həbs və şallaq cəzasına məhkum edib

Ərdəbildən olan mülki fəal Səhər Məmizadə bu şəhərin İnqilab Məhkəməsinin hökmü ilə ümumilikdə 25 ay 15 gün təziri həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib.

Çıxarılan hökmə əsasən, bu mülki fəala qarşı irəli sürülən ittihamlar «virtual məkanda kontent yaymaqla İslam Respublikası quruluşu əleyhinə təbliğat fəaliyyəti», «Ruhullah Xomeyni və Əli Xameneyini təhqir» və «küçəyə çıxmaq və ictimai təhlükəsizliyə zidd hərəkətlər yolu ilə ictimai asayişi pozmaq» kimi göstərilib.

Məhkəmə birinci ittihama görə yeddi ay 15 gün, ikinci ittihama görə isə 15 ay təziri həbs cəzası təyin edib. Həmçinin Səhər Məmizadə İslam Cəza Məcəlləsinin 618-ci maddəsinə əsasən «ictimai asayişi pozma» ittihamına görə üç ay təziri həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib.

Hökmün müddəalarına əsasən, onun əvvəllər həbsdə qaldığı müddət cəza müddətindən çıxılacaq, cəzanın icrası zamanı isə cinayətlərin məcmusuna dair müddəalar da tətbiq olunacaq.