Shell neft şirkətinin baş icraçı direktoru Vael Savan bildirib ki, Yaxın Şərqdən enerji ixracı hazırda regional münaqişələr başlamazdan əvvəlki səviyyənin 80 faizindən çoxuna qayıdıb.
"Bloomberg" Shell-in baş icraçı direktoruna istinadən xəbər verib ki, dənizdə təhlükəsizlik problemlərinin davam etməsinə və enerji daşınması marşrutlarının bəzilərində fasilələrə baxmayaraq, son həftələrdə regiondan neft və digər enerji daşıyıcılarının ixrac həcmi nəzərəçarpacaq dərəcədə artıb.
Yeni məlumatlar da göstərir ki, İran istisna olmaqla, Körfəz ölkələrinin neft ixracı sentyabr ayında müharibədən əvvəlki səviyyənin təxminən 81 faizinə çatıb. Bu da ixracatçıların neft daşınması marşrutlarında yaranmış məhdudiyyətlərə tədricən uyğunlaşdığını göstərir.