ArazNews
Ana Səhifə / Bölgə / Yəmən hökumət qüvvələri Taizdə geniş əməliyyat keçirib: husilərin 250 nəfərinin öldürüldüyü və yaralandığı iddia olunur
Bölgə

Yəmən hökumət qüvvələri Taizdə geniş əməliyyat keçirib: husilərin 250 nəfərinin öldürüldüyü və yaralandığı iddia olunur

Yəmən hökumət qüvvələri Taizdə geniş əməliyyat keçirib: husilərin 250 nəfərinin öldürüldüyü və yaralandığı iddia olunur

Yəmən hökumət qüvvələri Taiz vilayətində husilərin mövqelərinə qarşı eyni vaxtda beş hücum həyata keçirdiklərini açıqlayıb. Onların bildirdiyinə görə, əməliyyat zamanı husilərin təxminən 100 döyüşçüsü öldürülüb, daha 150 nəfər yaralanıb.

Taiz hərbi oxunun media mərkəzinin məlumatına görə, hücumlar «Fəcr əl-Yəmən» əməliyyatı çərçivəsində xalq müqavimət qüvvələrinin dəstəyi ilə əl-Ərbəin, əl-Əqrud, əl-Üneyn, Cəbəl Həbəşi cəbhələrində və əl-Bireyn bölgəsində həyata keçirilib.

Məlumatda bildirilir ki, hökumət qüvvələri həmçinin husilərə məxsus beş pilotsuz uçuş aparatını vurub, altı avtomobil və bir tankı məhv edib və ya sıradan çıxarıb.

Hökumət qüvvələri əl-Əqrud cəbhəsində də sürətli hücumdan sonra husiləri bir neçə mövqedən geri oturtduqlarını və bir hərbi avtomobili qənimət kimi ələ keçirdiklərini iddia ediblər.